Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Aztelekom” İB-nin baş direktoru: “İlin sonuna qədər 200-dən artıq yaşayış məntəqəsində tikinti işləri tamamlanacaq”


"Aztelekom" İstehsalat Birliyinin Rayon Telekommunikasiya qovşaqlarının ayrı-ayrı EATS-lərində olan boş tutumların istifadəyə verilməsi – yeni salınmış yaşayış məntəqələrinin telefonlaşdırılması, əhalidən, yerli icra hakimiyyəti orqanlarından, daxil olmuş müraciətlərin əsasında boş nömrələrdən səmərəli istifadə etmək məqsədilə xətt şəbəkələrinin tikintisi və genişləndirilməsi istiqamətində layihələrin icrasına başlanılıb.
 
Bu fikri YAP-a müsahibəsində "Aztelekom" İB-nin baş direktoru Məhəmməd Məmmədov bildirib. Baş direktor qeyd edib ki, layihə çərçivəsində ümumilikdə 200-dən artıq yaşayış məntəqəsində xətt şəbəkəsinin genişləndirilməsi və tikintisi işlərinin aparılması nəzərdə tutulur:
 
"Bir sıra yaşayış məntəqələrində xətt qurğularının genişləndirilməsi və tikintisi işlərinin qovşaqların daxili imkanları hesabına yerinə yetirilməsi məqsədilə Birlik tərəfindən mərkəzləşdirilmiş qaydada kabel materialları ayrılıb. Bundan əlavə, bəzi yaşayış məntəqələrində tikinti işlərinin yerinə yetirilməsi üçün podrat təşkilatlar cəlb olunub. Hazırda 100 obyektdə xətt şəbəkəsinin genişləndirilməsi və tikintisi işləri aparılır. Artıq 26 obyektdə tikinti işləri başa çatıb. İlin sonuna qədər qeyd olunan 200-dən artıq yaşayış məntəqəsi üzrə işlər tamamlanacaq". 
 




08/11/13    Çap et