Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“IBM”-in maliyyə direktoru şirkəti tərk edir


"IBM” şirkətinin son 10 il ərzində baş icraçı direktoru səlahiyyətlərini yerinə yetirən hazırkı maliyyə direktoru Mark Loqric vəzifəsini tərk edir. Onun əvəzinə indiyədək qlobal maliyyələşdirmə bölməsinin baş idarəedicisi vəzifəsini tutmuş 49 yaşlı Martin Şreter təyin olunacaq.

M.Loqric korporasiyanın fəaliyyət göstərdiyi 102 il ərzində vəzifəsini hamıdan çox icra etmiş maliyyə direktoru olub. Onun rəhbərliyi altında “IBM” fərdi kompüterlər istehsalından ayrılaraq diqqətini server, proqram təminatı və İT xidmətlərə yönəldib.

M.Şreter ABŞ istehsalçısında 1992-ci ildən çalışsa da, korporasiyanın qlobal maliyyələşdirilməsi ilə 2007-ci ildən məşğul olub, - “Cybersecurity www.cybersecurity.ru” yazır.    






08/11/13    Çap et