Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Microsoft" və "Facebook"u nə birləşdirir?
"Facebook" və "Microsoft" şirkətlərinin birgə təsis etdikləri "Internet Bug Bounty" fondu "OpenSSL", "PHP", "Apache" və başqa populyar məhsul və texnologiyalarda son dərəcə təhlükəli boşluqları aşkar edən İT mütəxəssislərinə 5000 dollara qədər pul ödəyəcək.
"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Internet Bug Bounty" fondu çərçivəsində ödənişlərin məbləği "sındırılmış" platformadan asılı olaraq dəyişir. "Apache" veb-serverində aşkar edilmiş boşluq 500 dollar qazanmağa icazə verir, halbuki ümumi sistem boşluğu artıq 5000 dollara iddia edir.
Xatırladaq ki, həm "Facebook", həm də "Microsoft" boşluqlar üçün şəxsi mükafat proqramına malikdirlər.
Emil Hüseynov
08/11/13 Çap et