Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Pensiya kartı sahibləri üçün yeni proqram təqdim edilib
Azərbaycan Beynəlxalq Bankında xidmət olunan bütün pensiya kartlarına 100 manat məbləğində faizsiz kredit limiti açılıb.
Mərkəzdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, buna görə pensiyaçıdan heç bir əlavə komisyon haqqı tələb olunmur.
Pensiyaçı ona ayrılmış bu limiti ATM də nağdlaşdıra bilməz, yalnız layihə çərçivəsində ABB ilə müqavilə imzalamış ticarət obyektlərində (supermarketlər, apteklər) istədiyi zaman xərcləyə bilər. Yaranmış borc növbəti ay pensiyaçının kartına mədaxil olunacaq pensiya vəsaiti hesabına bağlanır. Yalnız bundan sonra kredit limiti yenidən avtomatik olaraq aktivləşəcək. Azərbaycan Beynəlxalq Bankında xidmət olunan bütün pensiya kartları (yalnız DSMF – yə məxsus olan kartlar, ƏƏSMN-ə məxsus kartlar istisna olmaq şərti ilə) avtomatik şəkildə layihəyə qoşulur.
Hazırda proqrama qoşulmuş ticarət subyektləri bunlardır: “ARAZ” supermarketlər şəbəkəsi, “Makro Market” supermarketlər şəbəkəsi, “Riyadfarm” apteklər şəbəkəsi. Gələcəkdə ticarət obyektlərinin sayının davamlı şəkildə artırılacağı gözlənilir.
Aynur Vəliyeva
08/11/13 Çap et