Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Artıq “SMS məlumat” xidmətinə qoşulan mobil nömrəni bankomat vasitəsilə dəyişdirmək mümkündür


Artıq müştərilər banka müraciət etmədən “SMS məlumat” xidmətinə qoşulan nömrəni bankomat vasitəsilə dəyişdirə bilərlər.
 
“AzeriCard” prosessinq mərkəzindən verilən məlumata görə, xidmətə qoşulan nömrəni dəyişdirmək üçün müştəri kartını bankomata daxil edərək əsas menyuda  “Xidmətlər”i seçir.
 
Sonra “Xidmətlər” menyusunda “SMS məlumat” düyməsini seçmək tələb olunur. “SMS məlumat” menyusunda müştəri xidmətə qoşulan mobil  nömrəni dəyişdirə bilər.

CAHANGİR




12/11/13    Çap et