Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” şirkəti “Chrome 32” brauzerinin beta-versiyasını təqdim edib
“Google” şirkəti brauzerin əlavələr ilə işini təmin edən interfeys yeniliklərini əks edən “Chrome 32” brauzerinin beta-versiyasını təqdim edib.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Chrome 32” artıq istifadəçilərə bu və ya digər əlavə hansı tip kontent daşıyıcısı olduğunu müəyyən etməyə imkan verəcək. Misal üçün, bir əlavədə istifadəçi audioya qulaq asdığı zaman kursoru bu əlavəyə yaxınlaşdırdıqda dinamik işarəsi görünə bilər, digər əlavədə kursor yaxınlaşdırıldıqda videoyazı işarəsi görünə bilər.
“Chrome 32” “Windows 8.1”-də metro-interfeysin daha yaxşı dəstəklənməsini və eyni zamanda müxtəlif əlavələrdə müxtəlif proqramların buraxılmasını dəstəkləyən veb-əlavələrin yenilənmiş sistemini əldə edir.
Beta-versiyanın təsvirində bildirilib ki, “Chrome 32”-də tərtibatçılar “Chrome” əlavələrinin yaradıcıları üçün “Chromebook”da “Windows 8”-də olduğu kimi eyni cür işləyən vahid interfeysin yaradılması istiqamətində hərəkət etməkdə davam ediblər.
“Chrome 32” versiyasında eyni zamanda ziyanverici kontentin bağlanması mexanizmi yaxşılaşdırılıb. Hazırda hələ məlum deyil “Chrome”da ziyanvericilərə qarşı skaner əlavə edilib, yoxsa brauzer statistik məlumatlar əsasında işləyir.
Yeni beta-versiya API-funksiyaları dəstəkləyir, lakin texniki sənədlərdə onlar haqda heç bir məlumat yoxdur.
Aynur Vəliyeva
12/11/13 Çap et