“Intel” interaktiv dərslik yaradıcısını satın alıb
ABŞ-ın “Intel” korporasiyası interaktiv dərsliklər üçün proqram təminatının hazırlanması ilə məşğul olan "Kno” şirkətinin satın alınmasını açıqlayıb. “Intel Education” şirkətinin baş meneceri Con Qalvinin sözlərinə görə, sövdələşmə şirkətin ali məktəb və ümumtəhsil müəssisələri üçün rəqəmli kontent kitabxanasını 225 adda genişləndirməyə imkan verəcək. Kontentdən “Intel”in əməkdaşlıq etdiyi 75 dərslik nəşriyyatı yararlana biləcək.
“Kno” 2009-cu ildə Kaliforniya ştatının Santa-Karla şəhərində təsis edilib. Əvvəlcədən şirkət məktəbli planşet kompüterlərinin hazırlanması ilə məşğul olsa da, 2010-cu ildə "iPad” planşet modeli, “Android”, “Windows 7” və “Windows 8” əməliyyat sistemləri üçün proqram təminatının tərtibi ilə məşğul olmağa başlayıb.
“Intel”in təhsil xidmətləri bazarında möhkəmlənmək cəhdləri şirkətin əsas biznesinə mane olmur. Proqram tərtibatçısını satın alan ABŞ istehsalçısı məktəblilər arasında öz əməliyyat sisteminin idarəetməsi ilə işləyən planşetlərin populyarlığını artıra bilər. Bundan başqa, “Intel” ABŞ-ın məktəbli kompüterlər bazarının 94 faizinə sahiblik edən “Apple” şirkəti ilə uğurla rəqabət aparmaq niyyətindədir.
Sövdələşmənin şərtləri açıqlanmasa da, "TechCrunch” nəşrinin məlumatına görə, “Kno”nun bütün işçi heyəti baş direktor və şirkətin təsisçisi Osman Rəşid istisna olmaqla “Intel”in sərəncamına keçəcək, - “Vesti
www.vesti.ru” yazır.