Vətəndaşların NƏZƏRİNƏ!
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun noyabr ayının 16-da saat 10:00-da Ucar rayonunda (Ucar, Göyçay, Ağdaş) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.
Vətəndaşlardan "mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt",
598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Eyni zamandaqəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:
Ucar rayonunda 3-37-77,
Göyçay şəhərində 4-33-33,
Ağdaş rayonunda 5-51-59
nömrəli telefonlara zəng etmələri xahiş olunur.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
Mətbuat Xidməti