Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gələn ilin əvvəlində yeni domen zonaları işə salınacaq


Beynəlxalq "ICANN" korporasiyası Rusiyanın "Webnames.ru" qeydiyyatçısı ilə  saziş bağlayıb.

"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, saziş qeydiyyatçıya yeni yüksəksəviyyəli domen bazarına çıxmağa imkan verəcək.

Gələn ilin əvvəlində bir neçə yüz yeni domen zonası işə salınacaq, onların arasında kiril "*.РУС", "*.САЙТ", "*.ОНЛАЙН", "*.МОСКВА", "*.ДЕТИ" domenləri də olacaq.

"ICANN" bildirib ki, yüksəksəviyyəli domenlərin sayı 1400-dək arta bilər. İlk 13 domen zonası artıq yaxın zamanda təqdim ediləcək və bir neçə ay ərzində bu zonalarda qeydiyyat başlanacaq.

Qeydiyyat haqda yeni saziş bir sıra vacib yeniliklərdən ibarətdir. Burada "WHOIS" servisində saxlanılan məlumatların etibarlılığına zəmanət verən tədbirlər əks olunmalıdır.

Akkreditə olunmuş qeydiyyatçılar, istifadəçinin domen qeydiyyatı zamanı daxil edilən   elektron poçt ünvanının və telefon nömrəsinin verifikasiyasını həyata keçirməlidirlər.

Bunun üçün müştəriyə müəyyən edilmiş vaxt ərzində cavab-bildiriş göndərilir. Məlumatlar uyğun gəlmədiyi halda qeydiyyatçı domen adını bağlaya bilər. Sənədə müştərinin maraqlarının mühafizəsinə yönəldilmiş, qeydiyyatçının isə tərəfdaşlarına (resellerlərə) məxsus tələblər daxildir.

Aynur Vəliyeva
 




12/11/13    Çap et