Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yollar.az” monitorinq sisteminin mobil versiyası yaradılıb


Azərbaycanda nəqliyyatın real vaxt rejimində GPS monitorinqini aparan “YOLLAR.AZ” sisteminin mobil versiyası istifadəyə verilib.
 
“ICTnews” xəbər xidmətinin verdiyi məlumata görə, mobil versiya vasitəsilə “YOLLAR.AZ” sisteminə qoşulmuş şirkətlər öz nəqliyyat vasitələrini və ya başqa obyektlərini artıq mobil qurğulardan izləmək və onlar haqda hesabat əldə etmək mümkündür.
 
Mobil versiya “Android”, “iOS”, “Bada” və digər mobil əməliyyat sistemlərində işləyən mobil qurğularda istifadə oluna bilər. Mobil versiya vasitəsilə nəqliyyatın hərəkətini real vaxt rejimində izləmək, son 24 saat üçün hesabatlar almaq və müxtəlif xəritələr üzərində gedilmiş yolu analiz etmək olar.
 
“YOLLAR.AZ” monitorinq sistemi peyklәrin kömәyi ilә avtomobilin yerini GPS/GSM treker qurğusu vasitəsilə müәyyәn edәrәk GSM şәbәkәsi üzәrindәn internet kanalı ilә bu mәlumatı real vaxt rejimindә veb-serverә ötürür. Treker həmçinin hәrәkәt, dayanacaqlar, marşrutlar, keçilәn küçәlәr, xәritәdә qeyd edilәn әrazi vә yerlәr haqqında mәlumatları da ötürür.
 
GPS/GSM treker qurğusu bundan əlavə bir sıra göstəriciləri məsafədən idarə etməyə imkan verir. Treker avtomobilin qapılarını açıb-bağlamağa, mühәrriki dayandırmağa vә ya әksinә, işә salmağa imkan verir.Yanacaq sәviyyәsi, temperatur, tәzyiq, yüklәnmә, meyil bucağı, hәcmin pozulması vә s. ilә bağlı məlumatlarla yanaşı, sürücülәrlә yüksәk sәsli әlaqәnin yaradılması vә sürücülәr üçün açar identifikatorların quraşdırılması imkanı da mövcuddur.
 
Təcrübə göstərir ki, “YOLLAR.AZ” sistemindən istifadə nәqliyyat vasitələrinin istismar xərclərinin 20%-ə qədər azaldılmasına kömək edir. Bu, nəqliyyat vasitələrinin hərəkətinin izlənə bilməsi və hәrәkәt marşrutlarının optimallaşdırılması hesabına başa gəlir. Sistemdən istifadə “insan faktoru”nun aradan qaldırılmasına da kömək edir.
 
Avtomobil nәqliyyatına nәzarәt sistemi şәxsi mәqsәdlәrlә istifadәnin vә “kәnar” reyslәrin hәyata keçirilmәsinin qarşısını alır.
Real vaxt rejimindә hәyata keçirilәn avtomatlaşdırılmış dispetçer xidmәti vә nәzarәt texnikanın boşdayanma müddәtini azaltmağa vә yük nәqliyyatının istifadә dәrәcәsini artırmağa imkan verir.
 
Daimi nәzarәtә әsaslanan effektiv idarәetmә müştәrilәrә göstәrilәn xidmәtin sürәtini artırmağa vә yaranmış mübahisәli mәsәlәlәri sürәtlә hәll etmәyә imkan verir.
 
“YOLLAR.AZ” monitorinq sistemindən istifadə yanacaq xәrclәrinin 30 % azaldılmasını da təmin edir.
 
Aynur Vəliyeva




12/11/13    Çap et