Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” “Samsung”u onunla əvəz edəcək


"Apple" "GlobalFoundries" şirkətini gələcəkdə onun mikroprosessorlarının aparat  yığıcısı kimi qiymətləndirir.
"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, "Apple" şirkəti Nyu-Yorkda "Global Foundries" şirkətinin istehsal güclərinin yüklənməsi imkanını istisna etmir. Burada "Apple" bütün hissələri istehsal edə bilmir, təkcə "iPhone" və "iPad" üçün çiplərin müəyyən hissəsi istehsal edilir.

Hazırda qeyri-rəsmi məlumata əsasən "Apple" şirkətinin prosessorlarının böyük hissəsini   Koreyanın "Samsung Electronics" şirkəti istehsal edir, o cümlədən "Samsung" şirkəti  "iPhone 5S" və "iPad Air" üçün "A7" prosessorlarını buraxır.
Hazırkı mərhələdə "Apple" ilə "Samsung" arasında smartfon bazarında rəqabətlə bağlı patent üzərində mübarizə şirkətlər arasında əməkdaşlığı çətinləşdirir. Bu qarşıdurma fonunda "Apple" mümkün qədər "Samsung"un təchizatlarından öz asılılığını azaltmağa çalışır.

Rəsmi olaraq nə "Apple", nə "GlobalFoundries" əməkdaşlıq imkanlarını şərh etmir. Lakin müstəqil ekspertlər deyirlər ki, "GlobalFoundries" şirkətinin "Samsung"u əvəz etməyə gücü çatar, çünki o, istehsal üçün tələb olunan tam texnoloji baza ilə təmin edilib və öz avadanlıqlarında "A7" prosessorlarını istehsal edə bilər.

Daha bir məlumata əsasən, "Apple" istehsalın bir hissəsini "Taiwan Semiconductor Manufacturing Company" istehsal güclərinin üzərinə keçirməyi planlaşdırır. Qeyri-rəsmi məlumatlara əsasən "Apple" və "TSMC" şirkətləri, yaxın iki ildə buraxılışı gözlənilən  "A8", "A9" və "A9X" çiplərinin istehsalı sahəsində əməkdaşlıq qurmağa çalışırlar.

Aynur Vəliyeva 






12/11/13    Çap et