Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung”un “Android” sistemli smartfonlar bazarında payı 63 faizə çatıb



Dünyanın nəhəng smartfon istehsalçılarından olan "Samsung Electronics" şirkətinin əksər qurğuları "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyir. "Localytics" şirkəti bu sistemlə işləyən qurğuların bazarına dair tədqiqat apararaq hesabat dərc edib.

Ekspertlərin hesablamalarına əsasən, 2013-cü il noyabrın əvvəlinə "Android" sistemli smartfonların 63 faizi "Samsung"un nəzarəti altındadır. Bu sistemli qurğuların buraxılışı üzrə ikinci yeri payı 6,5 faiz təşkil edən "HTC" şirkəti tutur. Liderlər üçlüyünü 5,9 faizlik payla "LG" tamamlayır, sonrakı yerlərdə "Sony" (5,6 faiz) və "Motorola" (5 faiz) şirkətləri qərarlaşıb.


"Samsung" planşet kompüterlər seqmenti də liderdir, lakin burada rəqabət daha kəskindir. Satışda liderlik 7 və 10 düym ekranlı "Galaxy Tab 2" modelinə məxsusdur. Bu modellərin planşetlərin satış həcmində payı 38,5 faiz təşkil edir. "Nexus 7" qurğusu bazarda 15,2 faizlik paya sahibdir. Daha sonrakı yeri 8,6 faizlə "Kindle Fire HD" modeli tutur. Ən yaxşı qurğular beşliyində "Samsung"un digər modeli – 10,1 düymlü "Galaxy Note" modeli də yer alıb. Cənubi Koreya nəhənginin "Android" sistemli planşet kompüterlər bazarında payı 53 faiz təşkil edir.

"Strategy Analytics" analitik şirkətinin mütəxəssislərinin məlumatına görə, 2013-cü ilin üçüncü rübündə buraxılan smartfonların 81 faizi "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyib. Pay artımı son ildə göstəricisi 4 faizdən 1 faizədək azalan "BlackBerry"nin zəifləməsi sayəsində baş verib.
"ABI Research" şirkətinin hesablamasına əsasən, ötən rübdə "Android"in smartfonlar seqmentində bazar payı 80,6 faizə bərabər olub. Bu göstərici digər əməliyyat sistemləri – "iOS"-da 14, "Windows Phone"da 4, "BlackBerry"də 1,5 faiz təşkil edib. "Google" şirkətinə məxsus "Android"in liderliyi "Huawei", "Lenovo", "Xiaomi", "Samsung" kimi şirkətlərin qurğularının tədarük həcminin getdikcə artması sayəsində daha geniş şəkildə istifadə olunur, - "DailyComm www.dailycomm.ru" yazır.







13/11/13    Çap et