Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın onlayn ödəmə portalının mobil versiyasında yenilik tətbiq olunub


Bu gündən etibarən “Hesab.az” onlayn portalının mobil versiyasında bank kreditlərini ödəmə imkanı yaradılıb.  “ICTnews” elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, ödənişləri həyata keçirmək üçün “m.hesab.az” mobil resursuna daxil olmaq lazımdır.

Qeyd edək ki, “GoldenPay” ödəmə texnologiyaları əsasında çalışan “Hesab.az” istənilən mobil operatorların, əksər internet-provayderlərin, kabel televiziya şəbəkələri, kommunal və digər şirkətlərin xidmətlərini istənilən banka məxsus plastik kartlar vasitəsilə ödəmək imkanı verir. Portalın tərəfdaşı olan şirkətlərin xidmətlərini, həmçinin cib telefonları vasitəsilə  “m.hesab.az” mobil resursdan da ödəmək olar.

CAHANGİR
 
 




13/11/13    Çap et