Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Cari ilin 10 ayı üzrə əlavə dəyərin 1,7 faizi informasiya və rabitə xidmətləri sahəsinin payına düşür
Dövlət Statistika Komitəsi (DSK) Ümumi Daxili Məhsul istehsalı ilə bağlı 2013-cü ilin yanvar-oktyabr aylarında əldə olunan statistik göstəriciləri açıqlayıb. Komitədən bildirilib ki, cari ilin on ayı ərzində istehsal edilmiş Ümumi Daxili Məhsulun həcmi keçən ilin eyni dövrünə nisbətən 5,7 faiz artaraq 47,6 milyard manata çatıb.
Ümumi Daxili Məhsulun 64,1 faizi istehsal sahələrinin, 29,6 faizi isə xidmət sahələrinin payına düşüb. Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,0 faiz, qeyri-neft sektorunda isə 9,8 faiz artıb.
Ümumi Daxili Məhsulun həcmində yaradılmış əlavə dəyərin 1,7 faizi informasiya və rabitə xidmətləri sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların payına düşür.
Cari ilin on ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərində əlavə dəyər 8,5 faiz artıb.
Həqiqət İSABALAYEVA
14/11/13 Çap et