Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İkinci İKT qrant müsabiqəsinin nəticələri dekabrda açıqlanacaq
Cari il, 5 sentyabr tarixində Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə elan etdiyi 2-ci İKT qrant müsabiqəsinin nəticələri dekabr ayında açıqlanacaq. Hazırda müsabiqəyə daxil olmuş 60-dan çox layihənin elmi ekspertizası işi həyata keçirilir.
Qeyd edək ki, sözügedən müsabiqə İKT-nin inkişafına yönəlmiş elmi tədqiqat layihələrinin və tədbirlərinin maliyyələşdirilməsi məqsədilə fundamental-tətbiqi, axtarış-innovasiya, maddi-texniki təminat xarakterli, elmi tədbirlərin təşkili və bu tipli layihələrin dəstəklənməsini nəzərdə tutur.
Müsabiqənin maliyyələşdirilməsi üçün bir milyon iki yüz min manat nəzərdə tutulub.
14/11/13 Çap et