Avropa aviaşirkətləri qalxma və enmə zamanı qurğulardan istifadəyə icazə verəcək
Avropa Aviasiya Təhlükəsizlik Agentliyi (EASA) cari ilin noyabrın sonunadək Avropa aviaşirkətlərinin təyyarələrində bütün uçuş boyu, o cümlədən hava gəmisinin yerdə hərəkət etməsi, qalxma və enməsi zamanı elektron qurğulardan istifadəyə icazə verəcək. Bu barədə agentliyin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
Sərnişinlər “uçuş rejimi” funksiyasının işə salınması şərtilə mobil telefon, smartfon, planşet kompüter və "MP3” pleyerlərdən istifadə edə biləcəklər. Bununla yanaşı, hava gəmisinin yerdə hərəkət etməsi, qalxma və enməsi zamanı iri portativ fərdi kompüterlərdən istifadəyə icazə verilməyəcək.
“Bu, təhlükəsizlik üçün təhdid yaratmadan təyyarə göyərtəsində fərdi elektron qurğulardan istifadədə sərbəstliyin genişləndirilməsi prosesində atılan mühüm addımdır”, - agentlik qeyd edir.
Hazırda hava gəmisinin yerdə hərəkət etməsi, qalxma və enməsi istisna olmaqla təyyarə göyərtəsində elektron qurğulardan istifadəyə icazə verilir. Məlumatda deyilir ki, “EASA” elektron qurğuların geniş yayılması amilini qəbul edir və sərnişinlərin onlardan hər yerdə istifadə etmək istəyini nəzərə alır, - "Digit
www.digit.ru” yazır.