Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Oktyabrda dövlət komissiyasına 60-dan artıq elektron müraciət ünvanlanıb
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya növbəti olaraq oktyabr ayı ərzində elektron poçt ünvanına daxil olan sorğuların statistikası və məzmununu açıqlayıb.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, ötən ay ərzində komissiyanın elektron ünvanına 66 sorğu daxil olub. Sorğulardan 19-u dövlət qulluğuna qəbul qaydaları məsələlərini əhatə edib. Eyni zamanda, qeydiyyatla bağlı 19 müraciət edilib.
Həmçinin, vətəndaşlar tərəfindən komissiyaya 7 “CV” göndərilib, 7 təşəkkür məktubu ünvanlanıb.
Ötən ay komissiyaya ünvanlanan sorğulardan 6-sı digər məsələlər, 3-ü isə ehtiyat kadrlarla bağlı olub.
Bununla yanaşı, elektron poçt ünvanına hər biri 1 ədəd olmaqla ümumi müsahibə və növbəti müsabiqənin vaxtı ilə əlaqədar sorğular daxil olub.
Müvafiq dövr ərzində komissiyaya elektron formada 3 təklif göndərilib.
Bütün sorğular qanunvericilikdə nəzərdə tutulan müddətdə cavablandırılıb.
CAHANGİR
14/11/13 Çap et