Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“HP” və “Google” şirkətləri “Chromebook 11” leptoplarının satışlarını dayandırıblar
“Google” və “Hewlett-Packard” şirkətləri “Chromebook 11” leptoplarının satışlarını, istifadəçilərin enerjidoldurma zamanı onların hədindən artıq qızmasını bildirdikdən sonra dayandırıblar.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, şirkət “Google Play”də, “Best Buy”da, “Amazon”da və digər satış nöqtələrində satışları dayandırır.
Bu günədək kompüterlərin həddən artıq qızması ilə bağlı 8 hadisə qeydə alınıb, bəzi hallarda “Chromebook 11”-in enerjidoldurma adapteri əriyib, lakin bədbəxt hadisələr və yanğın haqda heç bir məlumat olmayıb.
Şirkətlər məlumatlarında bildiriblər ki, hazırda xüsusi komissiya çərçivəsində problemin aradan qaldırılması üzərində işlər aparılır.
Xatırladaq ki, “Hewlett-Packard”la yanaşı, “Chrome OS” əsasında kompüterlərin istehsalı ilə eyni zamanda “Toshiba”, “Asustek”, “Acer” və “Lenovo” şirkətləri də işləyirlər.
Aynur Vəliyeva
14/11/13 Çap et