Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Diqqət, diqqət!


Əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı qəbula yazılan vətəndaşların və daxil olan müraciətlərin həddən az olması əsas götürülərək, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun noyabr ayında Ucar rayonunda (Ucar, Göyçay, Ağdaş) nəzərdə tutulan vətəndaşlarla görüşü dekabr ayının birinci yarısında keçiriləcək.
 
Bu müddətdə görüşlə bağlı əhali arasında daha dolğun məlumatlandırılma, yüksək səviyyədə təbliğat-təşviqat işlərinin aparılması planlaşdırılır.
 
 
Bir daha vətəndaşlardan "mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş edilir.
 
 




14/11/13    Çap et