Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda ilk dəfə “UnionPay” plastik kartlarının emissiyasına başlanır



Azərbaycan Beynəlxalq Bankı dünyanın aparıcı ödəniş sistemlərindən biri olan “UnionPay International” şirkəti ilə tərəfdaşlıq haqda müqavilə imzalayıb.

Bankdan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, müqaviləyə əsasən Azərbaycan Beynəlxalq Bankı “UnionPay İnternational” ödəniş sisteminin kartlarını öz POS-terminallarında və bankomatlarında qəbul edəcək.
 
Bununla yanaşı, bank Azərbaycanda ilk dəfə olaraq sözügedən ödəniş sistemi ilə birgə plastik kartların emissiyasını həyata keçirəcək.

Aynur Vəliyeva




14/11/13    Çap et