Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da internet trafikinin yarısı "Netflix” və “YouTube” servislərinin payına düşüb



Şimali Amerika ölkələrində internet trafikinin yarısı “Netflix” videoservisi və “Google” şirkətinə məxsus “YouTube” videohostinqinin payına düşür. Bu barədə Kanadanın “Sandvine” şirkətinin məlumatlarına istinadən “Mashable” nəşri məlumat verib.  

Məlumata görə, trafikin 30 faizi “Netflix”in, 19 faizi “YouTube”un payına düşür.

Trafikin təxminən 4 faizi “BitTorrent” torrent-trekeri vasitəsilə keçir. Bununla yanaşı, 5 il əvvəl liderlik məhz “BitTorrent”ə məxsus olmaqla Şimali Amerikanın internet trafikinin təqribən üçdə bir hissəsinə nəzarət edib.
ABŞ və Kanadada mobil trafik üzrə məlumatlar yuxarıda göstərilənlərdən bir qədər fərqlənir. Burada birinci yeri “YouTube” (təxminən 20 faiz), ikinci yeri “Facebook” sosial şəbəkəsi (mobil trafikin 17,7 faizi) tutur.   


Əvvəlcədən ABŞ-da “DVD” disklərin kirayəsi servisi kimi işə salınan “Netflix” onlayn videokirayəsindən hazırda 40 ölkədə istifadə etmək mümkündür. Servisin ümumi auditoriyasının sayı 30 milyonu ötür. 2013-cü ilin oktyabrında "Netflix” ABŞ-da ödənişli servislər arasında populyarlığına görə birinci yeri tutaraq bu göstərici üzrə peyk televiziyasını geridə qoyub, - "Lenta www.lenta.ru” yazır.




15/11/13    Çap et