2014-cü ildə “Ultra HD” formatlı televiziya panellərinin tədarükü 10 dəfə artacaq
Televiziya bazarı mütəxəssislərinin proqnozlarına əsasən, 2014-cü ildə yüksək təsvir ölçüsünə malik televiziya panellərinin (Ultra HD) tədarük həcmi 26 milyon ədədi ötə bilər, həmçinin 2013-cü ildə bu göstəricinin 2,7 milyon ədəd səviyyəsində olacağı gözlənilir.
Mütəxəssislər hesab edirlər ki, gələn ildən "Ultra HD" formatlı televiziya panelləri ucuzlaşacaq və bunun sayəsində televizor istehsalçıları, o cümlədən Çinin kiçik istehsalçıları bu formatda qurğuların buraxılışına başlaya və ya bu modellərin artıq mövcud çeşidini genişləndirə bilər. Məhz bu amilin tədarük həcminin 10 dəfə artmasına səbəb olacağı gözlənilir.
2014-cü ildə "UHD" formatlı televizorların iri regional oyunçusunun məhdud texniki imkanlara malik başlanğıc səviyyəli qurğuların istehsal ediləcəyi Çinin olacağı gözlənilir. Bununla yanaşı, Yaponiya və Cənubi Koreyanın televiziya istehsalçılarının iqtisadiyyatı inkişaf etmiş ölkələrə yüksək keyfiyyətli "Ultra HD" televizorların tədarükünü artıra biləcəyi də istisna edilmir.
Növbəti ildə "Ultra HD TV" panellər seqmentinin lideri bu il olduğu kimi Tayvanın "Innolux" şirkətinin olacağı güman edilir. Belə ki, proqnoza əsasən, bu istehsalçı 8-10 milyon yüksək təsvir ölçülü panel tədarük edəcək.
Bundan başqa, "AU Optronics" - Tayvanın daha bir şirkətinin 5 milyon, Cənubi Koreya istehsalçıları "Samsung Display" və "LG Display"in təxminən 4 və 2 milyon, Çin istehsalçıları "BOE" və "China Star Optoelectronics Technology"nin (CSOT) müvafiq olaraq 2 və 1 milyon "UHD" panel tədarük edəcəyi gözlənilir, - "DailyComm
www.dailycomm.ru" yazır.