Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti “iOS 7.0.4” təqdim edib


“Apple” bu gün, bir neçə düzəlişdən və “FaceTime” proqramını yenilədikdən sonra  “iOS 7” əməliyyat sistemi üçün dördüncü yenilənməni təqdim edib.

“ICTnews” xəbər xidmətinin www.cybersecurity.ru saytına istinadən verdiyi məlumata əsasən, “iOS 7.0.3” üç həftə öncə buraxılıb.  Amma, “FaceTime” işində boşluqlar qalıb.

“iOS 7.0.4”-də hələ ki, boşluqlar aşkar edilməyib.
 
“iOS 7.0.4” əməliyyat sistemini “iPhone 4”, “iPhone 4S”, “iPhone 5”, “iPhone 5C” və “iPhone 5S” smartfonlarında, həmçinin, beşinci nəsil “iPod Touch”da, eləcə də, birinci nəsil planşetləri çıxmaqla bütün “iPad”də tətbiq etmək olar.

Aynur Vəliyeva
 




15/11/13    Çap et