Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət” portalı vətəndaşların ideya və təkliflərini gözləyir



“Elektron hökumət” layihəsi vətəndaşlara  daha bir yenilik təqdim edir.  “ICTnews” elektron xəbər xidmətinin layihənin rəsmi saytına (e-gov.az) istinadən verdiyi məlumata görə, internet istifadəçiləri portalda yeni bir xidmət - “Fikir bankı” ilə tanış ola bilər.

“Fikir bankı” əslində sırf vətəndaş mövqeyinə hesablanmış bir məsələdir. İnternet istifadəçisi olan istənilən şəxs rəsmi portalda “Fikir bankı”na daxil ola və “Elektron hökumət” layihəsi çərçivəsində mümkün ola biləcək istənilən məsələni təklif kimi qeyd edə bilər: “Vətəndaşın verdiyi ideya və təklif saytın idarəçiləri tərəfindən təsdiqlənir. Bu proses baş tutduqdan sonra təklif saytda görünür. Həmin təsdiqlənmiş təklifi digər istifadəçilər də görmək imkanına malikdirlər”.

Saytda təklifi görən ziyarətçilər üçün iki düymə mövcuddur: “Bu düymələrdən biri bəyənmək, digəri isə bəyənməmək adlanır. Ümumi olaraq  internet istifadəçiləri bu iki düymə vasitəsilə saytda göstərilən təkliflərə  qiyabi də olsa öz rəylərini bildirə bilərlər”.

Qeyd edək ki, “Elektron hökumət” layihəsində maraqlı olan internet istifadəçiləri “Fikir bankı”nda təklif göndərmək üçün  şəxsiyyət vəsiqəsi və ya “Facebook” hesabı ilə autentifikasiya olunmalıdırlar.

CAHANGİR




16/11/13    Çap et