Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Twitter” bahalaşır
“Twitter” yaxın zamanda ABŞ-dan kənarda avtomatlaşdırılmış reklam yerləşdirmə xidmətini istifadəyə verəcək.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, sistemin beynəlxalq versiyası kiçik və orta biznes müəssisələrinə yönəldilib.
İlk mərhələdə reklam platforması Böyük Britaniya, İrlandiya və Kanadada kommersiya müştəriləri üçün işə salınacaq və onlar “Promoted Tweets” xidmətini əldə edə biləcəklər. Bu ölkələrdə sistem bu həftə istifadəyə veriləcək.
Xatırladaq ki, ötən həftə “Twitter” səhmlərinin ilkin yerləşdirilməsi zamanı açıq bazarda 1,8 milyard dollar əldə edib. Sərmayədarlar tərəfindən şirkət 24 milyard dollara qiymətləndirilsə də, səhmlərin Nyu-York birjasında yerləşdirilməsindən sonra dəyər yüksəlib.
Aynur Vəliyeva
18/11/13 Çap et