“Apple” məhsul istehsalında “3D” vizuallaşdırma sistemindən istifadə edəcək
“Apple” şirkəti İsrailin “PrimeSense” “3D” vizuallaşdırma sistemi tərtibatçısını 345 milyon dollara satın alıb. Bu barədə “Reuters” agentliyi İsrailin “Calcalist” nəşrinə istinadən məlumat verib.
Məlumata görə, sövdələşmə barədə rəsmən iki həftədən sonra elan ediləcək. Hazırda “PrimeSense” tərəfindən hazırlanan sensorlar “Microsoft Kinect” oyun kontrollerlərinin istehsalında istifadə olunur. Bundan başqa, “PrimeSense” qurğuları “3D” skanerləri, “iRobot’s Ava” televiziya robotları və funksiyasına görə “Kinect” oyun qurğusuna oxşayan "Asus Xtion” vizual kontrolleri üçün nəzərdə tutulub.
Qeyd edək ki, iyulda “Apple” “PrimeSense” şirkətini 280 milyon dollara satın almaq istəyini bildirib. “PrimeSense” “Apple”ın satın aldığı ilk İsrail şirkəti deyil. Belə ki, ötən il “Apple” İsrailin “Anobit” fləş-yaddaş istehsalçısını 40 milyon dollara satın alıb, - “Digit.
www.digit.ru” yazır.