Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gənc liderlərin bilik və bacarıqlarını inkişaf etdirmək istiqamətində innovativ fəaliyyətə təkan verilir



 
Gənclər və İdman Nazirliyi və Avropa İttifaqının “Gənclər fəaliyyətdə” proqramının dəstəyi ilə Bakıda "Bərabər iştirak üçün birgə fəaliyyət" adlı beynəlxalq seminara start verilib.
 
“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının həyata keçirdiyi proqramın açılışında gənclər və idman naziri Azad Rəhimov, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri, millət vəkili Fuad Muradov, eyni zamanda  Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin əməkdaşı, Litva və Moldovanın Azərbaycandakı səfirləri, millət vəkilləri, gənclər təşkilatlarının rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.
 
Seminarın  məqsədi gənc miqrantlar, qaçqın və məcburi köçkün gənclər arasında aktivliyi artırmaqla, bu sahədə fəaliyyət göstərən gənc liderlərin bilik və bacarıqlarını inkişaf etdirmək istiqamətində innovativ fəaliyyətə təkan verməkdəndir.
 
Seminarda Azərbaycan daxil olmaqla, Macarıstan, Rumıniya, Moldova, Yunanıstan, İtaliya, Ukrayna, Belarus, Gürcüstan, Türkiyə, Latviya, Rusiyadan olan 36 gənc iştirak edir. Təlim 23 noyabr tarixində öz işinə yekun vuracaq.
 
SEYMUR
 




20/11/13    Çap et