“iOS” üçün biznes-əlavələrin 90 faizində boşluq var
ABŞ-ın “HP” kompüter istehsalçısı “iOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən mobil qurğular üçün kommersiya məqsədilə yazılmış 2 min əlavəni tədqiq edib. Şirkət mütəxəssisləri 50 ölkədə fəaliyyət göstərən 600 iri şirkətin istifadə etdiyi proqram təminatını araşdıraraq gözlənilməz nəticələrə gəliblər.
“HP”-nin məlumatına görə, biznes məqsədləri üçün istifadə olunan proqram təminatının təxminən 90 faizində təhlükəsizliklə bağlı ciddi problemlər var. Proqram təminatının təqribən 97 faizi istifadəçinin icazəsi olmadan onun qurğusunun yaddaşında saxlanılan fərdi məlumatlarına çıxış əldə edir. Proqramların 86 faizində “SQL” inyeksiyasından istifadə edilməklə müdaxilə üçün boşluqlar aşkar olunub.
Şirkət mütəxəssislərinin hesablamalarına əsasən, “App Store” mağazasının biznes üçün tədqiq edilən əlavələrin 86 faizi məlumatların təhlükəsiz ötürülməsi və ya şifrlənmiş məlumatlardan düzgün istifadə etməmə nəticəsində yaranan yayılmış təhdid növlərindən mühafizə vasitələrinə malik deyil.
Əlavələrdə boşluqları aşkar etmək üçün “HP” ekspertləri proqram tərtibatçılarına proqram məhsullarının işlənməsi və sınaqdan keçirilməsi mərhələsində antivirus proqram təminatından istifadə etməyi tövsiyə edir, - “DailyComm
www.dailycomm.ru” yazır.