Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İnnovasiya drayvı və birgə inkişaf”



15-18 iyun 2014-cü il tarixlərində “Harbin” beynəlxalq sərgi mərkəzində “İnnovasiya drayvı və birgə inkişaf” mövzusunda V “Harbin” beynəlxalq elmi-texniki nailiyyətlər sərgisi keçiriləcək. Azərbaycan Elmi İnnovasiyalar Mərkəzindən verilən məlumata görə, əsas tematik istiqamətlərə avadanlıq istehsalı (maşınqayırma və cihazqayırma), informasiya texnologiyaları, yeni materiallar, tibb, energetika,  kənd təsərrüfatı və ekologiya daxildir.
 
Sərginin əsas ideyası müxtəlif ölkələrin yeni texnologiyalar və yüksək texnoloji məhsullar üzrə potensial istehlakçıları ilə istehsalçılarının görüşdürülməsidir.
 
Sərgi danışıqlar, texnologiyalar, yüksək texnoloji məhsullar və investisiya xidmətlərinin transferi və onların bazara çıxarılması üçün platforma olmalıdır.
 
Həqiqət İSABALAYEVA




21/11/13    Çap et