Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Telefon xətləri köhnə stansiyalardan yeni stansiyalara köçürülür


Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin “AzEuroTel” dövlət şirkəti 492/497/437/505 indeksli telefon stansiyasının texniki yenidənqurması üzrə işlər aparır.

“AzEuroTel”dən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, 492/497/437/505 indeksli telefon stansiyalarının texniki yenidənqurma işlərinin dekabrın 5-də başa çatacağı gözlənilir.

Hazırda telefon xətlərinin köhnə stansiyalardan yeni stansiyalara hissə-hissə köçürülməsi üzrə işlər aparılır.  

“AzEuroTel” şirkəti bu müddət ərzində telefon xətlərində qısamüddətli dayanmalar ola biləcəyini bildirir və bu səbəbdən baş verə biləcək hər hansı bir narahatçılığa görə əvvəlcədən abunəçilərdən üzr istəyir.

Aynur Vəliyeva
 




21/11/13    Çap et