Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakutel 2013” sərgisinə dəvətnamələr artıq hazırdır


“Bakutel 2013” sərgisinə dəvətnamələr artıq hazırdır. Təşkilat Komitəsindən verilən məlumata görə, 2-3 dekabr tarixlərində sərgiyə bu sahənin mütəxəssisləri və iş adamları daxil ola bilərlər. Tələbələr, iş yeri və ya məşğulluğu olmayanlar və yaşı 17-dən az olan şəxslər 4-5 dekabr tarixində daxil ola bilərlər. Yaşı 17-dən az olan şəxslər yalnız valideynlərin müşayiəti ilə sərgiyə daxil ola bilərlər.
 
Hazırda sərginin rəsmi saytı “http://www.bakutel.az/” üzərindən qeydiyyat  həyata keçirilir. Saytda 3 bölmə - “Peşəkar ziyarətçi qeydiyyatı”; “Fərdi ziyarətçi qeydiyyatı (daimi iş yeri olmayan üçün)”  və “Tələbə qeydiyyatı” mövcuddur. Qeydiyyat 1  dekabr saat 19:00-da bağlanacaq.
 
Qeyd edək ki, “Bakutel” sərgisinin beynəlxalq nüfuzu bu sahə üzrə beynəlxalq təsisatların, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Elektrik Rabitə İttifaqı (ITU) və Regional Rabitə Birliyinin (RRB) dəstəyi, habelə Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) keyfiyyət nişanı ilə təsdiqlənir.
 
Həqiqət İSABALAYEVA




21/11/13    Çap et