Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” brendi 100 milyard dollar dəyərləndirilib


“Forbes” jurnalı “Apple” brendini 100 milyard dəyərində qiymətləndirib. Nəşrin saytında dünyanın ən bahalı brendlərinin siyahısı dərc edilib. “Microsoft” korporasiyası 57 milyard dollar qiymətləndirilib. İlk üçlükdə, həmçinin dəyəri 55 milyard dollar olan “Coca-Cola” şirkəti də yer alıb.
 
“ICTnews” elektron xəbər xidməti “infox.ru” saytına istinadən bildirir ki, adları çəkilən şirkətlərdən başqa, onluqda yüksək texnologiyalar sahəsinə aid dörd şirkət də daxildir. Belə ki, dördüncü yerdə 51 milyard göstərici ilə “IBM”, beşincidə 47 milyard dollar ilə “Google” şirkəti qərarlaşıb. Səkkizinci və doqquzuncu yerlərdə müvafiq olaraq 31 və 30 milyard dollar göstərici ilə “Intel” və “Samsung” şirkətləri qərarlaşıb.
 
Xatırladaq ki, ötən il də ilk üçlükdə eyni şirkətlər yer alıb, lakin onların dəyəri aşağı olub: o zaman “Apple” 87 milyard dollar, “Microsoft” və “Coca-Cola” müvafiq olaraq 55 və 50 milyard dollar dəyərində qiymətləndirilib.

Emil Hüseynov




21/11/13    Çap et