Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft” korporasiyası “Winamp”ı satın alır
“Microsoft” korporasiyası “Winamp” pleyerini satın almaq üçün “AOL” internet şirkəti ilə danışıqlar aparır. Bu haqda şirkətlərin planı ilə tanış mənbələrə istinadən “TechCrunch” bloqu məlumat yayıb.
“Microsoft” şirkəti “Winamp”la yanaşı, həmçinin “AOL” korporasiyasına məxsus axın audiosu və videoyayımın təşkili üçün “SHOUTcast” platformasına maraq göstərir. Sözügedən xidməti “Winamp” pleyerini yaratmış “Nullsoft” şirkəti hazırlayıb.
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “TechCrunch” bloqu iki şirkət arasındakı danışıqların hələ başa çatmadığını əsas gətirərək sazişin dəyərini açıqlamır.
Xatırladaq ki, “AOL” korporasiyası “Nullsoft” şirkətini 1999-cu ildə 80 milyon dollara satın alıb.
“AOL” korporasiyası noyabrın 20-də “Winamp” layihəsi və onunla bağlı xidmətlərini bağlayacağını elan edib. Pleyerin saytı dekabrın 20-də fəaliyyətini dayandıracaq.
“Winamp” 1997-ci ildə yaradılıb və fayl mübadilə xidmətlərinin yüksək inkişafı fonunda populyarlıq əldə edib. Axın media xidmətlərinin yaranması ilə pleyerin auditoriyası kəskin azalıb.
Emil Hüseynov
22/11/13 Çap et