Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ultra HD” mobil prosessor təqdim olunub



"Qualcomm" şirkəti sistem səviyyəsində "Ultra HD" təsvir ölçüsünün dəstəklənməsini nəzərdə tutan "Snapdragon 805" mobil prosessorunu nümayiş etdirib. Belə ki, yeni çip istehsalçılara smartfon və planşet kompüterləri "4K" formatlı ekranlarla (3840х2160 piksel) təchiz etməyə imkan verəcək.
 
"Snapdragon 805" prosessorunun tərkibinə qrafik emal sürəti 40 faiz artırılan "Adreno 420 GPU" çipi daxildir. "Qualcomm" mühəndislərinin sözlərinə görə, çip videonu "4K" formatında yazmağa imkan verir.  
"Qualcomm" "MediaTek" şirkəti (8 nüvəli) kimi hesablama nüvələrinin sayını artırmayıb. "Snapdragon 805" 2,5 QHs takt tezliyində işləyən "ARM" "Krait" arxitekturalı dörd nüvə ilə təchiz olunub.   

Şirkət hələlik "Snapdragon 805"-i istehsalçılara sınaq şəklində tədarük edir. Şirkət nümayəndələrinin bildirdiyinə görə, kommersiya qurğularında "Snapdragon 805"-dən 2014-cü ilin birinci yarısında istifadə etmək mümkün olacaq.

"Qualcomm" yeni prosessorla yanaşı, dördüncü nəsil "Gobi 9×35" "3G/LTE" modemini və "WTR3925 RF" radiotezlik qəbuledici-ötürücüsünü nümayiş etdirib. Bu çipsetlər məlumatların "LTE Advanced" standartı üzrə ötürülməsini 2 dəfə, "CAT 6" tezlik zolağını saniyədə 300 meqabitədək artırmağa imkan verir. Mikrosxemlərin sınaq nümunələrinin tədarükünə 2014-cü ilin əvvəlində başlanacaq, - "Vesti www.vesti.ru" yazır.




22/11/13    Çap et