Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” mənzil-qərargahını “Microsoft” korporasiyasına təhvil verəcək



 2014-cü ilin birinci yarısından etibarən Finlandiyanın “Nokia” şirkətinin telefon biznesi ABŞ-ın “Microsoft” korporasiyası tərkibinə daxil olacaq (“Nokia” şirkətinin telefon biznesi “Microsoft” tərəfindən satın alınıb). Bununla əlaqədar şirkətin smartfon istehsalı ilə məşğul olan 32 min əməkdaşı, o cümlədən Finlandiyada çalışan 47 min nəfər ABŞ korporasiyasına işləməyə keçəcək. 
Finlandiya işçi heyətinin əksər hissəsi satılan və mənzil-qərargahı Espo şəhərində yerləşən “Devices & Services” bölməsində çalışır. Məhz onlar “Microsoft”un fəaliyyətə başlayacaq baş ofisdə işlərini davam etdirəcəklər.

Qalan işçilər (əsasən menecer və texniki işçilər) binanı tərk edərək “Nokia”nın telekommunikasiya avadanlığı istehsalı üzrə bölməsinin yerləşdiyi “Karaportti” ofisinə keçməli olacaqlar. Şirkət nümayəndəsi Ceyms Etericin sözlərinə görə, hazırda bu binada təmir işləri aparılır.

Qeyd edək ki, şirkət Finlandiya körfəzi sahilində yerləşən, şüşə və poladdan ibarət 3 binalı “Nokia House” adlı mənzil-qərargahını biznesinin çiçəkləndiyi 1990-cı illərdə inşa edib. 2012-ci ildə bu kompleks 170 milyon avroya yerli “Exilion” daşınmaz agentliyinə satılıb, lakin istehsalçı orada uzunmüddətli icarə əsasında fəaliyyətini davam etdirib. “Microsoft”un “Exilion” ilə imzalanan saziş üzrə öhdəlikləri öz üzərinə götürəcəyi və binanı satın almayacağı gözlənilir, - "DailyComm www.dailycomm.ru” yazır.  





22/11/13    Çap et