Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda “Maliyyə müəssisələrində müştərilərlə münasibətlərin idarə edilməsi” mövzusunda seminar keçiriləcək


Bakıda noyabrın 27-də “Microsoft-Azerbaijan”, “VeriPark” və “Avtenta” şirkətlərinin birgə təşkilatçılığı ilə “Maliyyə müəssisələrində müştərilərlə münasibətlərin idarə edilməsi” mövzusunda seminar keçiriləcək.
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, seminar maliyyə menecerləri, biznesin inkişafı üzrə müdirlər, büdcə və proqnozlaşdırma və müştərilərlə münasibətlərin idarə edilməsi üzrə mütəxəssislər üçün nəzərdə tutulub.

Tədbirdə əsasən müştərilərin cəlb edilməsi, saxlanılması və inkişafının stimullaşdırılması məsələləri müzakirə olunacaq. Seminar çərçivəsində “Microsoft” korporasiyasının Mərkəzi və Şərqi Avropa ölkələrində müştəri münasibətlərinin idarə edilməsi üzrə meneceri Tomaş Perts maliyyə müəssisələri müştərilərlə münasibətlərin idarə edilməsindən, “Avtenta” şirkətinin müştəri münasibətlərinin idarə edilməsi üzrə direktoru Dejan Blatnik çoxkanallı satışlar vasitəsilə şirkətlərin satış üzrə nəticələrinin yüksəldilməsindən, “Veripark” şirkətinin baş direktoru Özkan Erener isə bank işindən söhbət açacaq.


Bununla yanaşı, tədbir çərçivəsində “Microsoft Dynamics CRM 2013” məhsulunun yeni versiyası nümayiş olunacaq ki, bu məhsul müştərilərlə qarşılıqlı əlaqələrin idarə edilməsi üzrə çevik biznez-həll üçün hazırlanıb.


Aynur Vəliyeva




22/11/13    Çap et