Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Lenova” şirkəti “Windows XP”-dən imtina etməyi tövsiyə edir
2014-cü il aprelin 8-də “Microsoft” şirkəti “Windows XP” əməliyyat sistemini dəstəkləməyi dayandıracaq və daha onun üçün yeniləmə paketləri çıxarmayacaq. Amerika korporasiyası və onun tərəfdaşları öz müştərilərinə tezliklə daha müasir proqram platformalarına keçməyi tövsiyə edirlər.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, Çinin “Lenova” şirkəti istifadəçi və təşkilatları öz fərdi kompüterlərini yeniləməyə səsləyib, çünki küncə atılmış əməliyyat sistemi xeyli boşluqlara malik olacaq.
"Kompüterlər əvvəlki tək işləyəcək, lakin Microsoft daha təhlükəsizliklə bağlı yeniləmə paketi çıxarmayacaq. Bu isə o deməkdir ki, sistemlər haker hücumları təhdidi qarşısında aciz olacaq və bu problemi aradan qaldırmaq mümkün olmayacaq" – “Lenovo”nun nümayəndəsi Stiv Lidsi deyib.
Emil Hüseynov
22/11/13 Çap et