İnternetdən istifadə üzrə hansı ölkə liderdir?
Skandinaviya ölkələri – İsveç və Norveç 2013-cü il üçün internetdən istifadə üzrə dünya reytinqində müvafiq olaraq birinci və ikinci yeri tutub, Danimarka və Finlandiya ilk onluqda yer alıb.
İsveç reytinqdə ardıcıl ikinci ildir liderlik edir, üçüncü yerdə isə yenidən Böyük Britaniya qərarlaşıb. Norveçin bu il ABŞ-ı liderlər üçlüyündən dördüncü pilləyə sıxışdırması xüsusilə diqqəti cəlb edir. İlk onluqda həmçinin Yeni Zelandiya, Danimarka, Finlandiya, İslandiya, Fransa və Cənubi Koreya yer alıb. Bu ölkələrin hər biri Cənubi Koreya istisna olmaqla 100 mümkün baldan 90 bal toplayıb. Öz növbəsində reytinqi 10 balla Mali, Efiopiya və Yəmən tamamlayır.
Qeyd edək ki, reytinq indeksi ötən ildən dərc edilməyə başlayıb. On əsas komponent üzrə hesablanan indeks vahid cədvəldə birləşdirilib. Burada ölkələrin həm ayrı-ayrı göstəricilərini, həm də ümumi reytinqini qiymətləndirmək mümkündür. Reytinqin tərtib olunmasında Dünya Bankı, Ümumdünya İqtisadi Forumu, “Freedom House” və “Sərhədsiz reportyorlar” təşkilatları, BMT, Beynəlxalq Telekommunikasiya İttifaqı və “Wikimedia” Fondunun məlumatları, eləcə də ekspertlərin sorğuları nəzərə alınır, - "Digit
www.digit.ru” yazır.