Almaniyada məmurlara “iPhone”dan istifadə qadağan edilib
Bu yaxınlarda ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) tərəfindən Almaniya hökumət üzvlərinin smartfonlarının dinlənilməsi məlum olub. Belə ki, keçmiş agentlik əməkdaşı Edvard Snoudenin açıqladığı sənədlərə görə, ABŞ kəşfiyyat orqanı Almaniya federal kansleri Angela Merkelin telefon danışıqlarını dinləyib.
Almaniya kanslerinin istifadə etdiyi smartfonlardan biri “iPhone” modeli olsa da, o, əsas üstünlüyü “BlackBerry” şirkətinin istehsalı olan qurğulara verib. Bununla belə, kansler ictimaiyyət arasında bəzən “iPhone 5” modeli ilə çıxdığına görə digər yüksəkvəzifəli dövlət qulluqçuları da bu addımı atıblar.
Almaniya hökuməti ABŞ xüsusi xidmət orqanlarından qorunmaq üçün dövlət məmurlarına telefon danışıqlarının şifrlənməsi üçün xüsusi proqram təminatı ilə təmin olunmayan mobil qurğulardan istifadəni qadağan edib. Hökumət təhlükəsiz hesab edilən smartfon modellərinin adını açıqlamasa da, “iPhone”nun orada yer almadığını başa düşmək heç də çətin deyil. Belə ki, “Apple” şübhəli proqram təminatının öz qurğularında quraşdırılmasına icazə vermir, - “IT Expert
www.itexpert.org.ua” yazır.