Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“LG” günəş batareyaları ilə işləyəcək smartfon istehsal edəcək
“LG” şirkəti günəş enerjisi ilə işləyəcək “Optimus” xəttinə aid olan smartfon modelini təqdim etməyə hazırlaşır. Qurğunun videosu “YouTube” videohostinqində yerləşdirilib. “LG E730 OPTIMUS” Sol 3.8 düym “AMOLED” ekran və 1 QHz prosessor ilə təchiz edilib. Onda firma örtüyü və “Android OS 2.3.3” qurulub. Günəş batareyası arxa qapağa qurulub. Qurğunun korpusu qara və gümüşü rəngdə hazırlanacaq. Qurğunun qiyməti 424 dollar təşkil edəcək.
12/08/11 Çap et