“iOS” və “Android” əsasında işləyən mobil qurğu istifadəçiləri "Bakı Aeroport"u haqda onlayn məlumat alacaqlar
"SAFAROFF" kreativ agentlik "iOS" və "Android" əsasında işləyən mobil qurğular üçün "Baku Airport" əlavəsini təqdim edib.
"ICTnews" xəbər xidmətinin "
http://www.safaroff.com/bakuairport/" saytına istinadən verdiyi məlumata əsasən, yalnız "iOS 7" və "Android 3.0" və daha yeni əməliyyat sistemlərində işləyən əlavə artıq "
iTunes Store"da və "
Google Play"də təqdim edilib.
Hazırda bu proqram Heydər Əliyev adına Beynəlxalq Hava Limanına daxil olan və oradan çıxan reysləri izləyir, və istifadəçinin qohumları və ya dostları olduqları reysin statusu dəyişdiyi halda ona xəbər verir.
Gələcəkdə bu proqramın funksionalının genişləndirilməsi, yeni aeroportun sxeminin təqdim edilməsi, qeydlər haqda məlumatların əlavə edilməsi gözlənilir.
Aynur Vəliyeva