Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google”un direktoru “iPhone”dan “Android”ə keçidlə bağlı təlimat yazıb
“Google”un Direktorlar şurasının sədri Erik Şmidt “iPhone”dan “Android”ə keçid haqqında təlimat yazıb. İş adamının məsləhətləri onun “Google+” səhifəsində dərc edilib.
“iPhone”dan istifadə edən bir çox dostlarım “Android” platformasına keçirlər. “Samsung”, (Galaxy S4), “Motorola” (Verizon Droid Ultra) və “Nexus 5”-in (AT&T, Sprint, T-Mobile) qabaqcıl smartfonlarının son modelləri ən yaxşı ekranlarla təchiz edilib və daha sürətli işləyir və onların interfeysi daha rahatdır” – Şmidt deyib.
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, “Google”un direktorunun fikrincə, yuxarıda adı çəkilən qurğular “iPhone” sahibinə yeni ilə çox gözəl hədiyyədir.
”Fərdi kompüterdən “Mac” sisteminə keçən insanlar kimi siz də “iPhone”dan “Android” platformasına keçdikdən sonra heç vaxt əvvəlkinə qayıtmaq istəməyəcəksiniz” – Şmidt deyib. O bildirib ki, son araşdırmalara əsasən, dünyada “Android” istifadəçilərinin sayı 80%-ə çatıb.
Şmidt öz təlimatında, məsələn, SİM kartı necə daxil etmək, lazımi tətbiqləri tapmaq, kontaktları import etmək və musiqini sinxronlaşdırmaq kimi məsələləri izah edir.
Emil Hüseynov
25/11/13 Çap et