Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda müəyyən radiotezlik zolaqlarının perspektiv və effektiv istifadəsi ilə bağlı yüksəksəviyyəli görüş keçiriləcək



Bakıda dekabrın 3-də Regional Rabitə Birliyinə (RRB) daxil olan ölkələrin rabitə tənzimləyicilərinin radiotezliklərin istifadəsini tənzimləyən strukturların rəhbərləri üçün yüksəksəviyyəli görüş keçiriləcək.
“ICTnews” xəbər xidmətinin RRB-nin rəsmi saytına istinadən verdiyi məlumata əsasən,  tədbir çərçivəsində 694-790 MHz radiotezlik zolaqlarının perspektiv və effektiv istifadəsi məsələləri müzakirə ediləcək.

İclasın proqramına qeyd edilən tezlik zolaqlarının hazırkı və gələcək istifadəsi məsələləri, RRB  və digər beynəlxalq təşkilatlar, həmçinin qonşu dövlətlərlə əməkdaşlıq çərçivəsində praktiki müzakirəsi daxildir.
İstehsalçı şirkətlər internetə genişzolaqlı simsiz çıxış avadanlıqları istehsalının təşkili və onların 694-790 MHz radiotezlik zolaqlarında əsas fəaliyyəti haqda məlumat təqdim edəcəklər.

Aynur Vəliyeva
 
 




25/11/13    Çap et