Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"BlackBerry” şirkətini 3 top-menecer tərk edir



Kanadanın “BlackBerry” mobil qurğular istehsalçısı şirkətini 3 top-menecer - əməliyyat direktoru Kristian Tir, marketinq direktoru Frenk Bulben və əməliyyat direktoru Brayan Bidalka tərk edir. Bu barədə şirkətin rəsmi məlumatında deyilir.  

K.Tir və F.Bulben şirkətdən yaxın vaxtlarda ayrılacaq. B.Bidalkanı maliyyə direktoru vəzifəsində cari maliyyə ilinin sonunda – 2014-cü ilin fevralında Ceyms Yerş əvəz edəcək.

“BlackBerry”nin müvəqqəti rəhbəri top-menecerlərə şirkətdəki fəaliyyətlərinə görə təşəkkür edib. Top-menecerlər tərkibində dəyişikliklərlə yanaşı, şirkət Direktorlar Şurasının üzvü Rocer Martinin də vəzifəsini tərk etdiyini bildirib.
 
“BlackBerry” rəhbərlikdə aparılan dəyişikliklərlə böhranlı vəziyyətdən çıxmağa çalışır. Bundan əvvəl məlumat verilmişdi ki, şirkətin baş direktoru Torsten Heyns istefaya göndəriləcək və onun yerinə “Sybase” şirkətinin keçmiş rəhbəri Con Çen təyin olunacaq.

Xatırladaq ki, son illər “BlackBerry”nin dünya smartfonlar bazarında payı azalmağa doğru gedir. “IDC” analitik şirkətinin məlumatına görə, üçüncü rübdə şirkətin payı ümumi dünya tədarük həcminin 1,7 faizini təşkil edib. Şirkət rəhbərliyi böhranlı vəziyyətdən çıxış üçün təklif olunan yollardan birindən imtina edib. Belə ki, sentyabrda Kanada istehsalçısı şirkətin bütün aktivlərinin “Fairfax Financial” şirkətinə 4,7 milyard dollara satılmasına dair razılığa gəlib. Lakin sonradan şirkət bəyan edib ki, saziş imzalanmayacaq və bunun əvəzinə "BlackBerry” "Fairfax Financial” şirkətindən və digər investorlar qrupundan konversiya olunan istiqrazlar üçün 1 milyard dollar məbləğində vəsait alacaq, - "Digit www.digit.ru” yazır.  




26/11/13    Çap et