Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone” qatilə çevrilir?!



 
28 yaşlı Tailand sakini Pisit Çarnqlek evində ölmüş vəziyyətdə tapılıb. Onun əlində adapterə qoşulmuş “iPhone 4s” smartfonu olub. Əlində və sinə nahiyəsində bir neçə yanıq aşkar edilib. “Bangkok Post” nəşri yazır ki, ilkin informasiyaya görə, elektrik cərəyanında baş vermiş nasazlıq Tailand sakininin ölümünə səbəb olub.
 
“ICTnews” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, atasının sözlərinə görə, o, dünən oğlunun qışqırığını eşitsə də, lakin heç bir əhəmiyyət verməyib, çünki o, tez-tez yuxuda danışırmış.
Polislərin sözlərinə görə, ölümün dəqiq səbəbi meyitin yarılmasından sonra təyin ediləcək.
 
Xatırladaq ki, 2013-cü ilin iyulunda 23 yaşlı Çin sakini, həmçinin adapterə qoşulmuş “iPhone 5” smartfonu ilə danışarkən elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
 
Emil Hüseynov
 
 




26/11/13    Çap et