Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows Phone” korporativ sektorda lider olmaq şansına malikdir


Dünyanın bir çox ölkələrində şirkət əməkdaşları öz cihazlarından işdə həvəslə istifadə edirlər.
Bu tendensiyanı mobil elektronika istehsalçıları da izləyir, buna görə öz məhsullarını daha təhlükəsiz hazırlamağa və proqram təminatı və avadanlığı səviyyəsində daha çox korporativ funksiya daxil etməyə çalışırlar. “ABI Research”in analitikləri hesab edirlər ki, “Apple” şirkətinin bu istiqamətdə işləri heç də ürəkaçan deyil.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, onların fikrincə, “iOS 7” əməliyyat sistemi İT bazarın gözlədiyi güclü korporativ funksionallıqdan məhrum olub. Bununla belə yenə də “MDM”-in bəzi texnologiyaları inteqrasiya edilib ki, bu da  təşkilatlara xidmət edənlərin şəxsi qurğuları və onların korporativ şəbəkəyə girişinə daha çox nəzarət etməyə icazə verir. Lakin bu, “Apple”ın “Enterprise” sahəsində mövcudluğunu möhkəmləndirməyə icazə vermir ki, bu da “Microsoft”un şanslarını artırır – “ABI Research” şirkətinin analitiki Ceyson Mak Nikol hesab edir.

Əgər proqram nəhəngi biznes seqmentə hədəflənmiş kursundan dönməsə və müvafiq funksiyaları təklif etsə, o zaman artıq yaxın gələcəkdə bu seqmentdə pay artımına ümid edə bilər. Lakin bunun üçün şirkət daha öncə auditoriyasını artırmalıdır.

Emil Hüseynov
 
 
 




26/11/13    Çap et