Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın İT şirkəti Qırğızıstanda keçirilən tenderdə iştirak edirb
"SİNAM" şirkəti noyabr ayında Qırğızıstan Respublikasında "Mərkəzi Asiyada hidrometeoroloji xidmətlərin modernləşdirilməsi" layihəsi çərçivəsində Dünya Bankı tərəfindən maliyyələşdirilən və Qırğızıstan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında Hidrometeorologiya Agentliyi tərəfindən "QırğızHidroMet"-in arxivinin üzunmüddətli saxlanma üçün elektron daşıyıcılara keçirilməsi və elektron daşıyıcılarda hidrometeoroloji (HM) məlumatlar Fondunun yaradılması" üzrə keçirilən açıq tenderdə iştirak edib.
Tenderdə 4 şirkət, o cümlədən, "NSP" MMC (yerli şirkət), "SİNAM" MMC (Azərbaycan), "Lanit QSC" (Rusiya) və "Empire&Redocs" (Qırğızıstan və rus şirkətlərinin konsorsiumu) iştirak edib.
Layihə çərçivəsində avadanlıqların və müvafiq proqram təminatlarının təchizatı, quraşdırılması və "QırğızHidroMet"-in arxivində yerləşən təqribən 730000 sayda kağız sənədlərinin rəqəmsal şəklə salınaraq verilənlər bazasında saxlanması işlərinin yerinə yetirilməsi nəzərdə tutulub.
Hazırda təkliflər qiymətləndirilmə mərhələsindədir və dekabr ayının sonunadək tenderin qalibi elan olunacaq.
26/11/13 Çap et