Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nəzarətçilərin elektron qeydiyyatı sistemi” yaradılıb



Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Nəzarətçilərin elektron qeydiyyatı sistemi”ni yaradıb. 
TQDK-dan verilən məlumata görə, sözügedən sistem komissiya tərəfindən keçirilən test imtahanlarına respublikanın ümumi təhsil müəssisələrindən cəlb olunan müəllimlərdən ibarət zal nəzarətçiləri bazasının formalaşdırılması işinin sürətləndirilməsi və səmərəliliyinin artırılması məqsədilə hazırlanıb.

Sistemdə zal nəzarətçilərinin qeydiyyatının müvafiq təhsil müəssisəsinin özü tərəfindən internet vasitəsilə aparılması nəzərdə tutulur:

“Bu sistem vasitəsilə ümumi təhsil müəssisəsi tərəfindən sistemə cavabdeh şəxs qismində təyin olunan əlaqələndirici məktəb üzrə zal nəzarətçiləri bazasına istifadəçi adı və şifri ilə daxil olaraq mövcud nəzarətçilər bazasında nəzarətçi-müəllimin şəxsi və digər zəruri məlumatlarını dəqiqləşdirir və yeni nəzarətçilərin qeydiyyatını aparır”.

CAHANGİR




26/11/13    Çap et