Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Daşınan elektronikanın həcmi 125 milyona çatacaq


“Strategy Analytics” analitik şirkətinin mütəxəssislərinin proqnozuna əsasən, 2017-ci ildə daşınan elektronika bazarında satış həcmi 125 milyona çatacaq.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, mütəxəssislər “Google” və “Samsung” şirkətlərinin bu sahədə ən erkən tədqiqatçılar olduğunu söyləyiblər və qeyd ediblər ki, tezliklə “Apple” və “Microsoft” kimi şirkətlər də seqmentin mənimsənilməsinə başlayacaq.

Ekspertlər hesab edir ki, daşınan elektronikanın gələcək populyarlığının əlamətlərindən biri tətbiq tərtibatçılarının marağının artmasıdır. “Strategy Analytics” analitik şirkətinin araşdırmasına əsasən, rəyi soruşulmuş 1700 tərtibatçısından 27%-i bildirib ki, onlar gələn il sözügedən cihazlar üçün tətbiq yaradılmasında iştirak etmək niyyətindədirlər. Müqayisə üçün, 2013-cü ildə tərtibatçıların yalnız 3%-i daşınan elektronika üçün tətbiq yazıb, yəni göstərici 9 dəfə artmalıdır.


Emil Hüseynov
 
 




26/11/13    Çap et