Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Best Solutions” “Bakutel-2013” sərgisində qənaəti kalkulyator təqdim edəcək
“Best Solutions” şirkəti bu il “Bakutel-2013” sərgisində “Asan imza”dan istifadə ilə xərclərin qənaəti kalkulyatorunu təqdim edəcək.
“Best Solutions” şirkəti bu il “Bakutel-2013” sərgisində Azərbaycan və Eston proqram təminatı tərtibatçılarının birgə hazırladıqları “Asan imza”dan istifadə ilə xərclərin qənaəti kalkulyatorunu təqdim edəcək.
Şirkətin təsisçisi Yana Krimpenin verdiyi məlumata əsasən, bu xidmət vasitəsilə şirkətlər kağız sənədlərin imzalanmasına xərclədikləri vəsaitləri kalkulyatorla hesablaya bilərlər və onları “Asan imza” ilə imzaladıqda nə qədər qənaət etmək mümkün olduğunu hesablamaq mümkündür. “Asan imza” mobil rəqəmli imzanın kalkulyatoru, müştəriləri, tərəfdaşları və təchizatçıları ilə müqavilələr imzalayan və rəsmi kağız sənədlərin (sifariş, akt, hesab, işgüzar yazışma və s.) mübadiləsini aparan təşkilat və şirkətlər üçün yaxşı əlverişli vasitədir.
“Asan imza” kalkulyatoru elektron sənədlərin sürətlə hərəkətini təmin edəcək, bu imzadan istifadə edərək şirkətlər kağız sənədlərin istifadəsindən imtina edərək xərclərini xeyli azalda bilər, saxtakarlığın qarşısını ala bilər, çünki vaxt ştampı və rəqəmli sertifikat sayəsində mobil imza təhlükəsizdir və saxtakarlığı çox asan sübut etmək olar.
Aynur Vəliyeva
26/11/13 Çap et